Uşaq xidməti

Tanrı bütün uşaqları sevir, və hər birinin Onu dərk etməsini istəyir.  İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur» (Matta 19:14).  Tanrı valideyinlərə etibar etdiyi uşaqları, Öz Evində, Kilsəsində gözləyir! Onlar Tanrını izzətləndirməyi, erkən yaşlarından Ona xidmət etməyi, Tanrının onlara olan sevgisi və onlar üçün olan möhtəşəm planı barədə burada öyrənə biləcəklər.

Uşaq xidməti əsas xidmətin keçirildiyi binada olduğundan, valideyinlər 3-12 yaş arası olan uşaqları ürək rahatlığı ilə müəllimlərin və  köməkçilərin yanında qoya bilirlər, və istədikləri zaman uşaqlarının nə ilə məşğul olduglarını yoxlaya bilirlər.

Uşaqların xidməti zamanı balaca imanlılar maraqlı müqəddəs kitab hekayələrini və gəlb edici vəzlər dinləyirər. Onlar Müqəddəs kitabın qəhrəmanları ilə tanış olurlar, adi insanların Tanrı köməyi ilə etdiyi qeyri adi işləri barədə öyrənirlər. Mövzuların daha aydın başa düşülməsi üçün isə dərsləri proektorda al-əlvan şəkillərlə, eləcə də tamaşalar, müsahibələr və oyunlarla keçirik.

Xidmət zamanı uşaqlar Tanrını izzətləndirməyi, Ona ilahilər oxumağı, özləri, valideyinləri və dostları üçün dua etməyi öyrənirlər, əl işləri ilə məşğul olur, şəkil çəkirlər, cizgi-filmləri izləyirlər.  Boş vaxtları qalan zaman isə, onları Kilsəmizdə  gözləyən oyuncaqlarla oynayırlar. Keçirdiyimiz hər xidmətdə uşaqlar üçün yemək-içmək olur, buna görə də valideyinlər uşaqlarının ac-susuz qalması barədə narahat olmurlar.

Biz uşaqların Kilsədə özlərini müdafiə olunmuş və sevimli hiss etmələri üçün əlimizdən gələni edirik, və onlar üçün keçirdiyimiz hər bir xidmət bizim üçün çox önəmlidir. Həyatlarının hər bir gününü sevinclə və cəsarətlə qarşılasınlar deyə, onlar imanla, məhz burada dolurlar!