İsa

İsa Məsih Yəhyanın nəql etdiyi müjdənin 14-cü fəsil 6-cı ayəsində belə buyurur: “Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəçiliyim olmadan heç kim Atanın yanına gələ bilməz.” O, Yer üzünə hər bir insanı əbədi ölümdən xilas etməyə, günahın yükündən azad etməyə, bədənə, cana, sınmış ürəylərə şəfa verməyə gəlib.

Tanrı Kəlamında belə buyuru: milliyətindən, irqindən, sosial vəziyyətindən, etdiyi əməllərdən və niyyətindən asılı olmayaraq hər kəs günah etmişdir və Tanrı izzətindən məhrumdurlar. Lakin, bəşəriyyətin xilası üçün Tanrı vahid Oğlunu qurban verdi ki, Ona iman gətirən hər kəs ölməsin, əbədi həyata sahib olsun.

Biz Rəbb İsa Məsihin ilahiliyinə inanırıq. İsa əbədiyyətdən gəlib, əbədiyyətə aiddir, O, əbədi Tanrı, əbədi Oğuldur. İsa mahiyyətcə Tanrının Özü qədər Atanın xüsusiyyətlərini Özündə birləşdirən mübarək Tanrıdır. Yaradılmamışdır. O, doğulmuşdur. Yaradılan olsaydı, Tanrı olmazdı. İsa Tanrıdan yalnız qısa bir müddətə ayrıldı ki, insanlara Tanrının kim oldığunu bəyan etsin, insanları xilas edib və yenidən onları Tanrının hüzuruna gətirsin (Yəhya 1:18).

İsa Məsih həqiqi, Tanrı həqiqi insandır. Onu Vifliyemdə insan olaraq bakirə Məryəm doğdu. O, Məryəmin həyat yoldaşı Yusufun dülgər kimi işlədiyi Nazarey şəhərində böyüyüb başa çatdı. Yusuf İsanın yerdəki atası sayılır. İsa Səmavi Atası barədə artıq 12 yaşında bilirdi (Luka 2:49) O, valideyinləri ilə sinaqoqa gedirdi. Böyüyərkən, O, digər insanlar kimi yaşayırdı. O, yeyirdi, içirdi, yatırdı, kədərlənirdi, sevinirdi, yorulurdu, suzayırdı... Hər şeydə insan kimi idi, bir şeydə yalnız fərqli idi: Onda günah yox idi, O, bir dəfə də olsa günah etməmişdir (Yəhya 1:5).

O, yer üzünə insanın ilkin obrazını bərpa etmək üçün gəldi, gəldi ki, insan necə olmalıdır, onu göstərsin. İsaya baxarkən, əsl Tanrı övladının necə olması, necə düşünüb, necə hərəkət etməsini görürük. İsa yer üzünə gəldi ki, Tanrının necə olduğunu bizə çatdırsın. Həqiqətdə necə olduğunu Tanrı bizə İsa Məsihin vasitəçiliyi ilə göstərir. O, bizi günahdan xilas etmək üçün bəşəriyyətin nümayəndəsi kimi göylərdən endi, bizim əvəzimizə günahın bədəlini ödədi, çünki insanın günahına görə yalnız insan cəzalandırıla bilər. Özü günahsız olan insan İsa Məsihin bütün günahkar insanların günahlarını üzərinə götürməsi, onların yerinə ölüb dirilməsi necə mümkün oldu? Tanrı beləliklə Özü insanların günahları ilə hesablaşdı!

İsa - bəşəriyyətin günah probleminə tək cavabdır. Qurban gətirilən heç bir heyvan insan günahını bağışlatdıra bilməz, və heç bir insan özü özünü Tanrı ilə barışdıra bilməz. Biz Tanrıya öz gücümüzlə nail olmadıq, zira Tanrı Özü üzünü insanlara döndərərək, Vahid Oğlu vasitəsi ilə bizə xilası hədiyyə edir!

İsa Məsih dünən, bu gün, əbədiyən eynidir, O, dəyişilməzdir. O, hələ də xilas edir, azad edir, şəfa verir. O hələ də Onun Səmavi Atasının övladlarının Ona qayıdacaqlarını gözləyir. Əgər bu vaxta kimi İsa Məsihi Tanrınız və Xilaskarınız kimi qəbul etməmisinizsə, onda bu duanı ucadan oxuyun, və Tanrı sizin günahlarınızı bağışlayar, sizi paklandırar, Öz varlığı ilə doldurar:

Rəbb İsa! Mən inanıram ki, Sən mənim günahlarıma görə ölüb, üçüncü gün dirilmisən! Mənim bütün günahlarımı bağışla! Məni qiymətli qanın ilə təmizlə! Ürəyimə daxil ol, mənin Tanrım və Xilaskarım ol! Adın naminə dua edirəm!
Amin.