Bioqrafiya

Mən 15 iyun 1947-ci ildə Azərbaycanda, Baki şəhərində ziyalı ailəsində anadan olmuşam. Bacı və qardaşım ilə müharibədən sonrakı illərdə böyümüşəm. Məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuşam. 1969-cu ildə hərbi xidmətçi ilə ailə həyatı qurmuşam, və uzun illər Ukraynada, Sankt-Peterburqda, Dağıstanda, Almaniyada, Belorusiyada və digər ölkələrdə həyat yoldaşımı  müşayiət etmişəm. Bu illər ərzində ailəmizdə 4 övlad dünyaya gəlib.

1994-cü ildə, Minskdə yaşayanda böyük qızım ilə sürücülük kurslarında dərs aldığımız zaman İsa Məsihə iman gətirən bir qadın, bizimlə müjdə ilə bölüşdü. Onun dəvətinin sayəsində, mən Yeni Həyat Kilsəsinə gəldim, burada mən Göylərdən doğuldum, Müqəddəs Ruh ilə və suda vəftiz olundum. Bakiya qayıdanda ürəyimin dərinliyində bilirdim ki, Tanrı Azərbaycanda Öz Kilsəsini qurmaq istəyir, və bu gün mən Bakida Yeni Həyat İncil dini icmasının Pastoruyam.

Qohumlarımın İsa Məsihi Rəbb və Xilaskar kimi qəbul etmələri həyatımda ən önəmli hadisədir, atam isə 86 yaşında imanlı insan olaraq dünyasını dəyişdi. Bütün bu illər ərzində Belarusiyadaki Yeni Həyat Kilsəsinin Yepiskopu və pastoru Vyaçeslav Qonçarenko mənim ruhani atam və pastorumdur.

Məsihdə sevgi ilə,

Lyudmila İbrahimova