Müqəddəs Kitab

Müqəddəs Kitabın Əhdi-cədid və Əhdi-ətiqində (Qanuna uyğun Müqəddəs Kitab) nəql olunan Tanrı kalamı Tanrı tərəfindən verilən və bizə Tanrını və xilası açan yegənə mənbədir.

Bütün Müqəddəs Yazılar Tanrıdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır (2 Timoteyə 3:16).

Hər bir insanın yaşından, yaşadığı dövrdən və mədəniyyətindən asılı olmayaraq,  həqiqəti və xilası dərk etməyləri Müqqəddəs Kitabın məqsədidir. Müqəddəs Kitab Tanrı naminə yaxşı əməllər etmək istəyən Tanrı insanlarını formalaşdırır. Bu Kitab Tanrı tərəfindən verilib və Tanrının Özündən ilham alıb. Müqəddəs kitab insanlar vasitəsi ilə Müqəddəs Ruhun idarəsi altında yazılıb. Onların şəxsi xüsusiyyətlərindən, ədəbi dillərindən, tarixi dövrün xüsusiyyətlərindən istifadə edərək, Tanrı kalamın insanlara səhfsiz, oriqinal mətndə çatmasına Müqəddəs Ruh vasitəsi ilə cox ciddi nəzarət edirdi. Oxuyucunun  hər bir kalamın tam olaraq doğru olduğuna əmin olması üçün Müqəddəs kitab lazımı sırada ardıcıllıqla yazılmış, xülasə edilmiş təlimdən ibarətdir. İsanın gün ərzində dediyi kalamlardan təxminən 10% Əhdi-ətiqdə yazılan sitatlar  idi. Tanrı kalamı əbədidir, dəqiqdir, aydın və güclüdür, böyük xilas etmək, qorumaq və inkişaf etdirmək gücə malikdir. Kalamı gündəlik oxuyanda ruhən böyüyürük. Tanrının səsini eşitməyi, Onun həqiqəti, xasiyyəti, planları, Səltənəti barədə biz Müqəddəs kitab vasitəsi ilə öyrənirik. Biz həyatımızı möhkəm bünövrə üzərində qururuq, çünki ətrafımızdaki dəyişikliklərə, böhranlara, problemlərə baxmayaraq Tanrı kalamı əbədidir!